Amerikalı qadın polis tərəfindən güllələndi

Amerikanın Arizona ştatının Uinslou şəhərində polis oğurluqda günahlandırılan 27 yaşlı qadın Lorel Sincinini həbs edən zaman güllələyib.
Turaninfo.az  xəbər verir ki, bu barədə məlumat ABC News-də yer alıb.
Məlumata görə, polis müvəqqəti olaraq xidmətdən uzaqlaşdırılıb.
Qadın saxlanılan zaman polisə qayçı ilə hücum etməyə çalışıb.
Buna cavab olaraq polis silah ilə qadına beş dəfə atəş açıb. Qadın elə yerindəcə dünyasını dəyişib.
Bildirilir ki, hadisəni törədən polis artıq üç ildir ki xidmət edirmiş. Polisə qarşı daxili istintaq başlayıb. O, öz səlahiyyətlərini aşmaqda günahlandırılır.