Amerikalı pilot UNO ilə qarşılaşdığı anları anlatdı: Yerdən 24 km yüksəkdə... - VİDEO

Baxış sayı: 
199

“F/A-18 Super Hornet” təyyarəsində pilot olan Devid Fravor 2004-cü ildə ABŞ-ın Kaliforniya əyalətində gerçəkləşdirdiyi təlim uçuşları zamanı Uçan Naməlum Obyektlə (UNO) qarşılaşdığını etiraf etmişdi.
Publika.az xəbər verir ki, keçmiş pilot naməlum nəsnənin Yerdən 24 km yüksəkdə olduğunu bildirmişdi.
Ancaq Devid Vaşinqton sözügedən naməlum obyektin mənşəyini açıqlamağın mümkünsüz olduğunu deyib:
“Hamımız bunun qəribə olduğunu bilirik və hamımız bunun necə bir şey olduğunu anlamağa çalışırıq. Kiminsə bizimlə bu mövzuda danışıb-danışmayacağını bilmirdik. Açıq şəkildə desəm, ABŞ hökumətinin bizim gördüklərimizin nə olduğunu ortaya çıxara biləcəyini düşünmürəm”.

Загрузка...
Загрузка...