Amerika İŞİD əvəzinə onları vurdu: 90 əsgər nəyin qurbanı olub?

 
 
ABŞ Hava Qüvvələrinin Mosulda səhv zərbələri nəticəsində iraqlı əsgərlər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə “Factiniraq” portalı İraq ordusunun qərargahındakı mənbəyə istinadən məlumat yayıb.
 
Mənbə deyib ki, indiyə qədər Mosulda təxminən 90 iraqlı əsgər Amerikanın səhv zərbələrinin qurbanı olub.
 
“Həmçinin, İraq ordusunun hərbi texnikası zərər çəkib. Nəticədə, hərbiçilər regiondan geri çəkilib”, - deyə mənbə bildirib.
 
Qeyd edək ki, Mosulun İŞİD-dən azad olunması əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, kürd döyüşçülər, həmçinin, ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya iştirak edir. Lakin indiyə qədər nəticə əldə olunmayıb.

Загрузка...
Загрузка...