Amerika ermənisi Ermənistanı qan gölünə çevirmək istəyirdi - DETALLAR

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkə ərazisində terror aktları həyata keçirməyi planlaşdıran şəbəkəni ifşa edib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda qurumun mətbuat mərkəzindən bildirilib.
Həyata keçirilən axtarış və istintaq tədbirləri nəticəsində aydın olub ki, ABŞ vətəndaşı, milliyyətcə erməni olan R.K. 2017-ci ilin sentyabrında Feysbuk sosial şəbəkəsində “Martin Avagyan” adlı səhifə açıb. Məlumata görə, səhifədə "Ədalət döyüşçüləri" qrupu, qrupun strategiyası, tərkibi, təhlükəsizlik və məxfilik qaydaları haqqında materialların dərc edildiyi müəyyənləşdirilib. Elə həmin səhifə vasitəsilə hüquq mühafizə orqanlarının əməkdaşları və Ermənistan rəsmilərinə qarşı birbaşa zorakılığa çağırışlar yayılıb.
İlkin məlumatlara əsasən, R.K. Ermənistanda qeyri-sabit vəziyyət yaratmaq, əhalini qorxutmaq, qorxu mühitini formalaşdırmaq, dövlət orqanlarına təsir etmək, hökumət nümayəndələrini qətlə yetirmək və ya onlara ağır bədən xəsarətləru vurmaq, həmçinin bu cinayətləri törədəcək insanları toplamaq məqsədi ilə qruplaşma yaratmağa cəhd edib.
Bundan başqa, həmin şəxs əlbir olduğu şəxslərlə birgə Ermənistan ərazisində terror aktları hazırlayırdı.
Məlumata görə, R. K. hazırda ABŞ ərazisində yaşayır və onun yaşayış yeri aydınlaşdırılıb. Planlaşdırılan cinayətlərin qarşısının alınması üçün Ermənistan Baş prokurorluğu tərəfindən ABŞ-ın səlahiyyətli orqanlarına müraciət edilib. R.K. -in Ermənistandakı cinayət yoldaşlarının üzə çıxardılması üçün tədbirlərin görüldüyü bildirilir.
Ömər Dağlı

Загрузка...
Загрузка...