Amaliya Pənahova: “Leyla Şıxlinskaya sənətkar deyil”

Xalq artisti Amaliya Pənahova “V element” verilişinin qonağı olub.
Teleqraf.com xəbər verir ki, tanınmış aktrisa bir müddət əvvəl Leyla Şıxlinskayanın onun haqqında səsləndirdiyi sözlərə münasibət bildirib: “Leyla Şıxlinskaya sənətkar deyil, biznesmendir, xəstəxana açıb. Dilimizi bilmir və filmlərə çəkilib. Amma birinci “Arşın mal alan” filmi ilə ikincinin fərqini görürsünüz. Elə çıxar ki, mən ona cavab vermək istəyirəm. Hansısa fikri müzakirə etmək üçün dili gözəl bilmək lazımdır. O, dili bilmir və Azərbaycan dilini sevmir.
 Necə ola bilər ki, filmə çəkilsin və rolunu səsləndirə bilməsin?  Rejissor “Gün keçdi” filmində Əsmər obrazını canladırmaq üçün çox minnətçi oldu. O  rola çəkilmək üçün üç aktrisa mübarizə aparırdı. Filmə çəkilmədim. Çünki mənim adamım, daydayım yox idi. Mən sənətdə özüm olmuşam. Himayədarım isə Ulu öndərimiz Heydər Əliyev olub və o, sənətə yüksək qiymət verirdi. Gərək Leyla xanım minnətdar olardı ki, səsim o filmdə səsləndirilib. 
Təvazökarlıqdan uzaq  olsa da səsim filmə rövnəq gətirib. Sənətkar sənəti ilə məğul olmalıdır.  Siyasətlə məşğul olmağa mənə nə mane olurdu? Çünki öz sənətimi sevirəm və inkişaf etdirirəm. Mən  heç kimin xətrinə dəymək istəmirəm. Leyla xanım da gözəl xanımdır. Filmlərə çəkilib, xidmətləri var. Amma bu sahədə yüksək nailiyyəti olmayıb”.
Qeyd edək ki,  Leyla Şıxlinskaya bir müddət əvvəl “V element” verilişində “Gün keçdi” filmində  canlandırıdığı Əsmər obrazını səsləndirən Amaliya Pənahova haqqında bunları demişdi: “Amaliya xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir... Filmdə səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.