Alyaskada yaşayan bu canlı hər kəsin diqqətini cəlb edib - VİDEO

 
Alyaskada yerləşən Çena çayında maraqlı varlıq görüntülənib.
 
ABŞ-da yerləşən Alyaska, soyuq iqlimi səbəbiylə ən az canlının rast gəlindiyi ərazidir. Son zamanlar bu ərazidə çəkildiyi iddia olunan video hər kəsin marağına səbəb olub. Belə ki, bir neçə gün içində 600.000-dən çox insan nə olduğu bəlli olmayan bir canlıya aid 22 saniyəlik videonu izləyib. Videonu izləyənlər üzəri buzla örtülü olan canlının suda hərəkətinə şahid olublar. Bu canlının 4.5 metr uzunluğa sahib olması hər kəsi təəccübləndirib. Belə ki, BBC xəbər agentliyi 2015-ci ildə yayımladığı bir məzmunda 1980-cı illərdə də insanların belə canlılara rast gəldiyini bildirib. Bu canlının nə qədər real olduğu isə maraq doğurur.