Altı ay axtarışda olan qızın meyiti çəlləyin içindən tapıldı - FOTOLAR

Baxış sayı: 
306
0  
0  

 
 
Polislər altı aydır ki, axtarışda olan qızın meyitini çəlləyin içində tapıblar.
 
Hadisə Rusiyanın Puşkin vilayətinin Koşeykovo kəndindən baş verib. Bu ilin mart ayının sonlarında itkin düşən 28 yaşlı qızın polislər və yaxınları axtarışına başlasalar da onu tapa bilməyiblər. Axırıncı dəfə yaxınları qızı tanışı 27 yaşlı Dimitri ilə birlikdə görüblər. Oğlan dostundan  maşınını satmaq üçün kömək istəyən Natalya sonradan pul üstündə dostu tərəfindən qətlə yetirilib.
 
Natalyanı qətlə yetirərək su çəlləyinin içinə atan Dimitri sonradan çəlləyi gətirərək zibilliyə atmaq istəyib. Bunu görən sakinlər dərhal polisə məlumat veriblər. Hadisə yerinə baxış keçirən polislər çəlləkdən qızın meyitini aşkarlayıblar. Saxlanılan şəxs etiraf edib ki, o, rəfiqəsini pul üstündə qətlə yetirib. Belə ki, avtomobili satan şəxs pulu avtomobil sahibinə qaytarmaq əvəzinə onu öldürərək pulu özünə götürüb.

Загрузка...
Загрузка...