Alsu: "Bakı həyat yoldaşımın vətənidir" - VİDEO

Rusiyalı müğənni Alsu Bakı haqqında təəssüratlarını bölüşüb.
Turaninfo.az-ın məlumatına görə, ifaçı “Moskva-Bakı” saytına açıqlamasında Azərbaycanı ikinci vətəni adlandırıb:
“Bakıya heyranam, ora mənim ikinci vətənimdir. Eyni zamanda da ora həyat yoldaşımın vətənidir. Bakıda tez-tez oluram. Orada çoxlu dostlarımız var və mən azərbaycanlıları sevirəm. Onlar çox qonaqpərvər, mehribandırlar. Orada mənə hər zaman qucaq açırlar, özümü evimdəki kimi hiss edirəm. Qızım da dəfələrlə Bakıda olub. Bir dəfə yayda 1 ay Bakıda qaldıq. Oranın yeməyindən tutmuş təbiətinə qədər hər şeyi möhtəşəmdir”.
Qeyd edək ki, Alsu azərbaycanlı biznesmen Yan Abramovla ailəlidir. Cütlüyün iki qız övladı var.