​Alnınızdakı qırışlar ciddi xəstəlik xəbərçisidir: DİQQƏT

 
 
Ekspertlər bir çox sağlamlıq  şikayətinin təməlində yatan səbəbin qaraciyər xəstəlikləri ilə bağlı olduğunu bildirir. Bunlara əlavə olaraq balanssız qidalanma, hava çirklənməsi və hətta stress də qara ciyərə mənfi təsir edir.
Moderator.az  bildirir ki, qaraciyərin normal işləmədiyinin bir çox əlaməti var.
1. Ağaran saçlar
Saçınızda ağ tellər varsa, bu vəziyyət genetik olacağı kimi qaraciyər ilə də birbaşa əlaqəli ola bilər. Əgər genetikada belə bir problem yoxdursa diqqətli olun.
 
2. Dəridə əmələ gələn qırışlar
Qaraciyər funksiyalarını yerinə yetirmədikdə hüceyrələrə də təsir edərək bədəndə qırışlara səbəb olur. Xüsusən də gənc yaşda olmağınıza baxmayaraq, alnınızda dərin qırışlar varsa,  qaraciyər probleminiz ola bilər.
 
3. Diş ətinin hassaslaşması
Diş ətinin hassaslaşması, şişməsi, hətta təmizləyərkən acı verən bir şəkildə qanaxma olması qaraciyərdə iltihab əlaməti ola bilər.
 
4. Dəridə ani yaranan ləkələr
Üzünüzün xüsusilə yanaq hissəsində və əllərinizdə eynilə günəş ləkəsi kimi qəhvəyi ləkələr varsa, bunun da səbəbi qaraciyərin həddindən artıq işləməsi, ya da öz funksiyasını yerinə yetirməməsidir. Bu ləkələr eyni zamanda mədəaltı vəzi və öd kisəsi probleminizin də xəbərçisi ola bilər.

Загрузка...
Загрузка...