Almaniyaya gedən azərbaycanlıların geri qaytarılma qorxusu: "Duldung” nədir?

 
    
 
Son vaxtlar Almaniyada yaşayan həmvətənlərimiz “Legat” inteqrasiya mərkəzinə “Duldung”la bağlı müraciət ediblər.
 
Cebhe.info xəbər verir ki, sözügedən mərkəz həmin müraciətlərdə olan sualları ümumiləşdirərək “Duldung”la bağlı arayış hazırlayıb. Həmin arayışı sizlərə təqdim edirik:
 
► “Duldung” nədir ?
 
“Duldung” qaçqın statusu üçün müraciət etmiş və əcnəbilərlə iş idarəsi (auslanderbehörde) tərəfindən rədd cavabı almış (məhkəməyə müraciət etdiyi halda, məhkəmə posesini də uduzmuş) və buna görə də vətəndaşı olduğu ölkəyə qaytarılmalı olan lakin, müəyyən səbəblərdən bunu icra etmək mümkün olmayan əcnəbilərə verilən müvəqqəti icazədir. Bundan başqa , “Duldung”  statusu həm də qaçqın statusu üçün müraciət etmiş, lakin, barəsində Dublin sazişinə əsasən  viza aldığı və ya ərazisindən istifadə edərək Almaniyaya gəldiyi ölkəyə qaytarılması nəzərdə tutulan əcnəbilərə verilə bilər.
“Duldung” statusu Almaniyada hansısa müddətə yaşamaq üçün verilən icazə deyil. Bu sadəcə olaraq əcnəbinin ölkədən çıxarılacağını bildirən bir sənəddir. Digər tərəfdən isə ölkədə qanuni əsaslarla yaşadığını bildirir.
“Duldung”la yaşayan şəxslər ölkələrinə könüllü qayıdışla bağlı sosial idarəyə müraciət edə bilər və bu halda sosial idarə tərəfindən lazımi tədbirlər həyata keçirilir. Bu halda , sosial yardımların verilməsi dayandırılır və iş icazəsi ləğv olunur.
Ausweis_Duldung
 
► “Duldung” statusunun müddəti
 
“Duldung” statusu şəxsə bir neçə günlüyə, müstəsna hallarda isə bir neçə aylığa ola bilər.
Əgər “Duldung” statusu xəstəliklə bağlı verilmişsə, xəstənin sağalması və səhhətinin ölkədən çıxışına imkan verdiyi müddətə qədər bu uzadıla bilər. “Duldung” statusu keçərli olduğu müddətdə şəxsin ölkədən çıxışına yol verilmir.
Lakin “Duldung” statusunun artırılması üçün müraciət edən şəxslər həmin zaman saxlanıla və ölkədən çıxarıla bilərlər.
Müddətlə bağlı qeyd olunanlara baxmayaraq əslində Almaniyada 6 ildən artıq müddətdə “Duldung”la yaşayanlar minlərlədir. Bəzi hallarda “Duldung”la yaşayanlara iş icazəsi və oxuma icazəsi də verilir.
Alman dili kursları hər kəsin özü tərəfindən ödənilməlidir.
“Duldung” statusuna malik olan əcnəbilərin inteqarasiya kurslarına cəlb edilməsi dövlətin vəzifəsi deyil.
Uşaqlar və gənclər üçün icbari təhsil 16 yaşa qədər, peşə təhsilini oxuyanlar üçün isə 18 yaşa qədərdir.
İcbari təhsil 9 ildir, başqa ölkələrdə alınmış orta təhsil də buna aiddir.
Məktəbəqədər təhsil müəssisələrinə və ya ibtidai təhsillə bağlı məsələlər sosial idarə ilə razılaşdırılan hallarda həyata keçirilə bilər.
Almaniyada 4 ildən artıq yaşayan və barəsində “Duldung” çıxarılan şəxslər müəyyən ixtisasa yiyələnmək üçün müvafiq dövlət qurumuna maliyyə yardımı üçün müraciət etməklə təhsilini davam etdirə bilər.
efqan qerar deport
 
  ►►► İş və təhsil
 
► İşləməyə qadağa
 
“Duldung” statusu ilə yaşayanlar bu statusu aldığı ilk ildə iş icazəsi verilmir. Bu ayrı-ayrı şirkətlərdə də təcrübə programalarına da şamil edilir. Buna bütün orqanlar tərəfindən əməl edilir sadəcə, təhsillə bağlı güzəştlər mövcuddur.
Əcnəbilərlə iş idarəsi bir il tamam olduqdan sonra ölkədən çıxarılması mümkün olmayan şəxslərə iş izni ilə bağlı qadağanı davam etdirə bilər. Lakin, bu qadağanın aradan qaldırılması mümkündür. Bir il başa çatdıqdan sonra “Duldung”la yaşayan şəxslərə əcnəbilərlə iş idarəsi iş izni verə bilər. Bu halda iş icazəsi aşağıdaki hallarda verilir:
İş icazəsini Əcnəbilərlə iş İdarəsi verməlidir.
İş icazəsi üçün işə götürən müraciət etməlidir.
Əcnəbilərlə İş İdarəsi iş üçün daxil olan müraciəti Arbeitsagentur-a yönəldir.
Həmin işə Almaniya vətəndaşları və ya Almaniyada daimi yaşayan şəxslər iddialı olmalı deyil.
►İşsizlik müddətində sosial yardım
 
“Duldung” statusu ilə yaşayan əcnəbilərə iş icazəsi qadağası yoxdursa həmin şəxslər işə düzəltmə bürosunda (Arbeitsagenttur) işsiz kimi qeydiyyata alınırlar. Bu idarə onlara iş axtarmaqda kömək edir, bəzilərinə peşə seçimində yardımlar edir və maliyyə yardımı göstərir.
“Duldung” statusuna malik əcnəbi Almaniyada bir ildən daha çox müddətə sığortalı işləyibsə, sonra işsiz qalırsa, onların Arbeitsagenttur-un pul yardımını əldə etmək üçün müraciət etmək hüququna malikdir.
“Duldung”la yaşayanlara sosial yardım qismən ödənilir. Belə ki, həmin şəxslərə hazırda jobcenter tərəfindən verilən sosial yardımların 40%-i ödənilir.  Fiziki qüsuru olan şəxslərə və ya müəyyən qrup əlillərə sosial yardımlar məhdudlaşdırılmadan ödənilməlidir.
Vəkil xərcləri, dil kursları və s. xərclər hər kəsin özü tərəfindən ödənilməlidir.
deport almaniya
 
► Tibbi ehtiyacların ödənilməsi
 
Qaçqın statusu üçün müraciət etmiş və sonradan “Duldung” statusu əldə etmiş şəxsin tibbi ehtiyaclarının bir qismi ödənilir. (istisna: hamilə olan şəxslərə yardımın azaldılmasına yol verilmir).
Xroniki xəstəliklər, reabilitasiya kursları tədbirlərində müəyyən problemlər yarana bilər.
“Duldung”la yaşayan şəxslər müəyyən dərmanların alınması və kompleks müayinələrin keçirilməsi üçün öncədən sosial idarə ilə razılaşmalıdılar. Çünki sosial “Duldung”la yaşayan şəxslər üçün bunu etməyə bilər.
 Ailə.
 
“Duldung” statusunda olan insanların Almaniyada doğulmuş uşaqlarına da “Duldung” statuslu sənədlər verilir. “Duldung” statusu olanlar ailə birləşməsi üçün müraciət edə bilməz.”Duldung” statusuna malik şəxslər Almaniyada nikaha daxil ola və və ya eyni cinsdən olan partnyoru ilə birgə yaşayış əldə edə bilər. Bunun üçün o, tələb olunan bütün sənədlər Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsinə (BAMF) təqdim edilmədir.
Deport Fransa
 
► Yaşayış yeri
 
“Duldung” statusuna malik şəxslər Əcnəbilərlə İş İdarəsinin müəyyən etdiyi yaşayış yerində, mənzildə və ya yataqxanada yaşamalıdırlar.
Bir mənzildə bir neçə ailə yerləşdirilə bilər. Bucür evlərdə ümumi mətbəx və vanna otağı ola bilər. Tutarlı səbəblər olmadan bucür şəxslərin evlərə köçürülməsi ilə bağlı iddiaları keçərli sübutlar olmadıqda rədd edilir.
► Faydalanma imkanları
 
“Duldung” statusunu Almaniyada yaşamaq üçün sonuncu şans kimi qiymətləndirmək olmaz. Bu statusla yaşayan şəxslər aşağıdaki hallarda Almaniyada daimi və ya müvəqqəti yaşamaq üçün yenidən müraciət edə bilərlər:
 
18 aydan çox müddətə “Duldung” statusuna sahib olanlar və yaxın vaxtlarda ölkədən çıxarılması perspektivi olmayanlar əcnəbilər haqqında qanunun (Aufenthaltsgesetz-AufendHG – § 25. Abzas 5 ) . Bu təbii ki, qanunda olan şərtlərə uyğun olmalıdır.
Təhsillə bağlı “Duldung”un ləğvi mümkündür və bu yuxarıda göstərilən qanunun 18 A bəndinə görə ixtisasa uyğun təhsillə bağlı ləğv edilə bilər.
15-20 yaşlı gənclər qanunun § 25 uyğun olaraq aufenthaltserlaubnis (yaşamaq üçün icazə )  edə bilərlər.
Mütəmadi olaraq, “Duldung”la yaşayanlar haqqında qanunverici orqan tərəfindən digər güzəştlər də tətbiq edilir.

Загрузка...
Загрузка...