Almaniyadan Türkiyəyə təhdid: Ləğv edərik

 
Türkiyə miqrant razılaşmasından imtina edərsə, Gömrük Birliyi müqaviləsinin də ləğvi gündəmə gələ bilər.
 
Axar.az xəbər verir ki, bu sözləri Almaniyanın Hessen əyalətinin baş naziri Volker Bouffer deyib.
 
O bildirib ki, Avropa Birliyinin gülünc duruma düşməsinə icazə verilməyəcək:
 
“Türkiyənin itirəcək çox şeyi olacaq. Ankara AB ilə imzaladığı razılaşmada böyük mənfəət əldə edir. Alman iş adamları bu ölkəyə böyük investisiyalar qoyub. Razılaşmanı pozan tərəf, digər müqavilələrin də ləğv ediləcəyini nəzərdə saxlamalıdır”.

Загрузка...
Загрузка...