​Almaniyadan "Facebook" şefinə şok

 
Münhen prokurorluğunda "Facebook" sosial şəbəkəsinin banisi Mark Çukerberq və şirkətin aparıcı menecerlərinə qarşı istintaq başlayıb.
 
Ölkə.Az xəbər verir ki, şirkət və rəhbərliyi millətlərarası düşmənçiliyin qızışdırlmasında şübhəli bilinir. Bu barədə Almaniyanın nüfuzlu mətbuat orqanları məlumat yayıb.
 
Şübhəli şəxslər arasında Facebook sosial şəbəkəsinin direktoru Şeril Sendberq, şirkətin maraqlarının Avropa üzrə lobbiçisi Riçard Allen və onun Berlindəki həmkarı Yeva-Mariya Kirşziperin də adı var. Vyüsburqlu vəkillərdən biri Facebook rəhbərliyini sosial şəbəkədə qətl çağırışları, zorakılıq təhdidi və tətbiqi, Xolokostun inkarı və digər qanun pozuntularının qarşısını almamaqda günahlandırdığı ərizə ilə müraciət etdikdən sonra istintaq başlayıb.
 
Facebook qanunvericiliyə uyğun olmayan məlumatları səhifəsindən silməlidir.