Almaniyada ''solçu'' liderin üzünə tort atdılar - VİDEO

Almaniya parlamentində "solçu" liderlərdən olan Sara Vageknextin üzünə tort atıblar.
Tuiraninfo.az  "Der Spiegel"ə istinadən xəbər verir ki, insident "solçular"ın Maqdeburqdakı partiya qurultayında baş verib.
KİV-in məlumatına görə, hücum edən antifaşist fəallardandır. Hücum edənin özü bu aksiyanı "insana nifrət edənlər üçün tort" antifaşist təşəbbüsü kimi qələmə verib.
"Der Spiegel" jurnalının saytının yazdığına görə, antifaşist fəallar zalda çox olub və onlar qurultay iştirakçılarına "solçular"ın partiyaları ilə "Almaniya üçün alternativ" partiyası arasında milli konsensus elan etdiklərini açıqlayan vərəqələr paylayıblar.
Hücum anı videoya düşüb. Sara Vageknextin üzünə tort atan şəxs dərhal ondan uzaqlaşıb, amma mühafizəçilərə yaxalanıb. Hadisədən sonra xanım siyasətçi partiya həmkarlarının yardımı ilə qurultay zalını tərk edib.