Almaniyada qaçqınların 350 min avroluq pulu və dəyərli əşyası müsadirə olunub

Almaniya Yaxın Şərq və Afrikadan bu ölkəyə gələn miqrantların ümumilikdə 350 min avroya yaxın pul və dəyərli əşyasını müsadirə edib.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumətin açıqlamasına görə, federal polis 2015-ci il ərzində ölkəyə gələn miqrantların üzərində axtarış aparan zaman 349 min 438 avro 97 sent müsadirə edilib.
“Bild” qəzetinin məlumatında bildirilir ki, bu pullar miqrantların Almaniyada olduğu müddət ərzində lazım olan xərclər və onlar ölkəni tərk edəndə gediş haqları üçün xərclənəcək.
Qeyd edək ki, Almaniyanın Bavariya əyalətində miqrantlara maksimum 750 avro dəyərində pul və ya dəyərli əşya saxlamağa icazə verilir, ondan artığı isə müsadirə edilir.
Almaniya ilə yanaşı İsveçrə və Danimarkada da oxşar təcrübədən istifadə edilir.