Almaniyada ən dözümlü və etibarlı avtomobillərin adı açıqlandı

 
 
Moderator.az xəbər verir ki, bu günlərdə Almaniyanın texniki nəzarət  assosasiyası etibarlılığına görə minik avtomobillərinin dözümlülüyünü və təhlükəsizliyini sıralayıb. 
 
Söhbət yeni avtomobillərdən deyil, gedişi olan avtomobillərdən gedir. İki və üç illik avtomobillər içərisində ən dözümlü və etibarlı avtomobil Mercedes-Benz GLK olduğu bildirilib.
 
 
 
İkinci yeri Volkswagen Golf Sportsvan, üçüncünü -  iki Mercedes avtomobili tutub:   Mercedes –B və Mercedes GLK
 
 
 
Dörd ildən beş ilədək olan avtomobillər içərisində də Mercedes-Benz liderlik edib,  Porsche 911. Mazda CX-5 və Audi Q5 sonrakı yerləri tutub.
 
Altı-yeddi illik avtomobillər içərisində ən təhlükəsiz avtomobil Porsche-911 olub. Alman ekspertlər Audi Q5 və TT, Honda CR-V və Mazda 3 avtomobillərini də etibarlı hesab ediblər.

Загрузка...
Загрузка...