​Almaniyada futbol meydançasına ildırım düşdü - 35 yaralı

Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində xəsarət alanların sayı 35-ə çatıb.
"Report"un məlumatına görə, xəsarət alanların əksəriyyəti 9-11 yaşlı uşaqlardır.
Hadisə uşaq futbol komandalarının oyunu zamanı baş verib. Bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, oyunun hakimi də ağır xəsarət alanlar arasındadır.
Almaniyada futbol meydançasına ildırım düşməsi nəticəsində 30-dan çox insan xəsarət alıb.
“Report”un məlumatına görə, bu haqda “Frans Press” agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə Hofştetten yaşayış məskəni ərazisində baş verib.
Zərər çəkənlərdən üçünün vəziyyətinin ağır olduğu bildirilir.