Almaniyada, Azərbaycan diaspor təşkilatı yaranır...

 Almaniyada, Azərbaycanla bağlı yeni təşkilat yaranır. Qurumun adı "Phoenix" (Föniks) Azərbaycan Mədəniyyət Dərnəyi olacaq. Dərnəyin məqsədi Azərbaycan dəyərlərini, mədəniyyətini tanıtmaq, ölkəmiz, xalqımız  barədə alman cəmiyyətində doğru təsəvvür formalaşmasına yardım etməkdən ibarətdir.
Təşkilat ilk öncə Berlində, fəaliyyət dairəsini genişləndirdikdən sonra isə Almaniyada yaşayan soydaşlarımızı koordinasiya etmək, Azərbaycan mədəniyyəti, tarixinə maraq göstərən hər kəsi birlik ətrafında toplayaraq, Alman və Azərbaycanla bağlı ortaq lahiyələr həyata keçirməyə yardımçı olacaq.
Artıq diaspor təşkilatın təşəbbüs qrupu yaradılmasına qərar verilib. Qeydiyyat uçün rəsmi orqanlara müraciət edilib. Nizamnaməsi nəzərdən keçiriləndən sonra rəsmi qərar veriləcək.
 
Elnur Eltürk