Almaniyada 32 kürd saxlanılıb

Almaniyanın Aşaffenburq şəhərində “Hər kəs terrora qarşı” şüarı ilə mitinq keçirilib.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, bu barədə məlumat "Associated Press" agentliyində yer alıb.
Məlumata görə, Almaniya vətəndaşı olan türklərin təşkil etdiyi mitinqdə 600-ə yaxın insan iştirak edib.
Xəbər verilir ki, 30-dan çox kürd mitinqçilərə hücum edib. Tezliklə hadisə yerinə polis qüvvələri gəlib.
Hücum edənlər yaxınlıqdakı binanın damına çıxaraq oradan polisə daş və müxtəlif əşyalar atmağa başlayıblar. Nəticədə 32 kürd polis tərəfindən saxlanılıb.