Almaniya Türkiyədə hərbi baza inşa edəcək - Təfərrüat

Baxış sayı: 
78

Türkiyə hökuməti Almaniyanın Adanadakı İncirlik hərbi hava bazası daxilində yeni bir baza inşa edilməsi tələbini qəbul edib.
Avropa.info xəbər verir ki, İŞİD-ə qarşı mübarizədə daha effektiv nəticə əldə etmək üçün Türkiyə tərəfinin ABŞ və Almaniyanın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə apardığı danışıqların təfərrüatı məlum olur.
Əldə olunan məlumata görə Almaniyanın hərbi təyyarələr və canlı qüvvə yerləşdirilməsi üçün Adanadakı İncirlik bazası daxilində yeni baza inşa edilməsi tələbi rəsmi Ankara tərəfindən qəbul olunub.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə Almaniyanın 34 milyon avro büdcə ayırdığı bazanın detalları isə belə olacaq:
- Baza 400 əsgərin yerləşə biləcəyi yataqxanadan və bir qərargah binasından və ictimai mərkəzdən ibarət olacaq.
- Baza ayrıca deyil, İncirlik bazasının daxilində ayrı bir bölüm olacaq. Bazanın 6 ay ərzində başlanacaq. Tornado qırıcıları və yanacaq doldurma təyyarələri üçün 10 milyon avroluq bir eniş zolağı inşa olunacaq.
- Qurulacaq olan qərargah və digər binalar Almaniyanın mülkiyyətinə verilməyəcək. Alman əsgərləri buranı tərk etdikdən sonra bazanın taleyinə Türkiyə hökuməti qərar verəcək. İstəsə bu binaları sökə biləcək, istəsə də özü istifadə edəcək.

Загрузка...
Загрузка...