​Almaniya Konstitusiya Məhkəməsi hicabla işləməyə icazə verdi

 
Almaniyada bir uşaq bağçasında işləyən türk əsilli Almaniya vətəndaşı olan müəllimənin müraciətinə baxan Konstitusiya Məhkəməsi, müəllimənin hicablı şəkildə işləyə biləcəyinə hökm verib.
Məhkəmənin verdiyi qərarda, müsəlman qadınların istifadə etdiyi hicabın uşaq bağçasında bir təlimçi tərəfindən taxılmasının "konkret təhlükə" yaratmadığı qeyd olunub. Qərarda, həmçinin bu cür hicab taxılmasında missionerlik etmə təsirinin də olmadığı vurğulanıb.
Eyni zamanda hicabın Almaniyada nadir rast gəlinən bir hal olmadığına vurğu edilərək, əksinə bunun çox vaxt cəmiyyətin gündəlik həyatını əks etdirdiyi qeyd olunub.
Konstitusiya Məhkəməsi həmin müəllimə barəsində, 2008-ci ildə Ştutqart məhkəməsinin, 2009-cu ildə Baden-Vürtenberq əyalət məhkəməsinin və 2010-cu ildə Federal İş Məhkəməsinin verdiyi qərarları din azadlığını pozması əsası ilə ləğv edib və işin yenidən qiymətləndirilməsi üçün Baden-Vürtenberq Əyalət Məhkəməsinə göndərib.

Загрузка...
Загрузка...