Almaniya: ABŞ və AB arasında əməkdaşlıq Londona kifayət qədər fayda gətirəcək

Əgər Böyük Britaniya Avropa Birliyinin tərkibində qalsa, ona hər cür iqtisadi yardım ediləcək.
 Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel söyləyib. Onun sözlərinə görə, ABŞ və AB arasında transatlantik əməkdaşlıq müqaviləsi Londona kifayət qədər fayda gətirəcək.
 Qeyd edək ki, Britaniyanın Avropa Birliyində qalıb-qalmaması ilə bağlı referendum iyunun 23-də keçiriləcək.