Alman şərhçidən Bundestaqa ”soyqırım” dərsi – Video

Almaniya Bundestaqının “erməni soyqırımı”nı tanımasından sonra ölkənin ADR kanalında 2015-ci ilin aprelində yayımlanan proqram yenidən gündəmə gəlib.
Axar.az xəbər verir ki, türkiyəli istifadəçilərin sosial şəbəkələrdə paylaşdığı proqramda aparıcı Monika Vaqner Almaniyanın 1915-ci il hadisələrinə yanaşmasını tənqid edir.
Vaqner Bundestaqın 1915-ci il hadisələrini “soyqırım” kimi qəbul etməyə çalışdığını, lakin Almaniyanın 1904-cü ildə cənub-qərbi Afrikada Herero və Namakalılara qarşı törətdiyi qətliamı görməzlikdən gəldiyini bildirir.
Qeyd edək ki, bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilib.