Alman səfir: “Terrorçuların növbəti hədəfi Almaniya ola bilər”

Həqiqətən də Paris və Brüsseldəki terror aktlarından sonra Almaniyanın da terrorçuların hədəfinə çevriləcəyi istisna deyil.
Turaninfo.az-ın Musavat.com-a istinadən  məlumatına görə, bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib.
Onun sözlərinə görə, problemin həlli asan olmayacaq. “Biz əlbəttə ki, “polis dövləti”nin olmasını istəmirik. Başqa yandan, hər şeyi eləməliyik ki, bütün mümkün terror hücumlarının qarşısını alaq. Bu problemin həlli isə Avropanın birgə səylərinin ortaya qoyulmasından keçir” – deyib diplomat.
“Qaçqınlar və terrorizmlə bağlı xüsusi və ayrıca problem mövcud deyil. Əlbəttə ki, terror aktlarını istisna eləmək olmaz. Ancaq mən Yaxın Şərqdən Avropaya gələnlərin hamısını şübhəli saymaq nəzəriyyəsinin tərəfdarı deyiləm. Mühüm olanı odur ki, biz ümumi miqrasiya tarixindən və beynəlxalq terrorizmin önlənməsi ilə bağlı qarşımızda dura təhdiddən nəticə çıxaraq” - əlavə edib səfir.