​Alman nəşri: Türkiyə geri addım atacaq

 
Türkiyə viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa Birliyi ilə apardığı danışıqlarda geri addım atacaq. Rəsmi Ankara AB-yə iki ay daha vaxt verəcək.
 
Axar.az xəbər verir ki, bu iddianı Almaniyanın “Velt am Sontq” irəli sürüb.
 
Məlumata görə, sözügedən prosesin noyabr-dekabr aylarına kimi uzanması Türkiyə hökuməti üçün problem təşkil etməyəcək.
 
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu AB-nin Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimini tətbiq etməyəcəyi təqdirdə miqrasiya razılaşmasının ləğv ediləcəyini vurğulamışdı.