Alman nazir: "Türkiyəni başa salacam"

Almaniya Müdafiə naziri Ursula von der Leyer Türkiyədəki İncirlik bazasına gedəcək.
 Axar.az xəbər verir ki, nazir bu barədə “Bild am Sonntaq” qəzetinə verdiyi açıqlamasında deyib.
 Leyen Müdafiə Nazirliyinin nümayəndə heyətinin xidmət aparan alman əsgərlərlə görüşməsinin təbii qarşılanmalı olduğunu deyib.
 “Buna görə də yaxın günlərdə İncirliyə gedərək, əsgərlərimizin vəziyyəti ilə maraqlanmaq üçün onlarla görüşəcəyəm. Bu arada alman ordusunun parlamentin əsgəri olduğunu da Türkiyəyə başa salacam. Bu parlamentarilər Türkliyəni Suriyadan gələn raketlərdən müdafiə etmək üçün “Patriot” sistemlərinin qurulmasına icazə verən insanlardır”, - Leyen deyib.
 Qeyd edək ki, Türkiyə Almaniya nümayəndə heyətinin İncirliyə gəlməsi ilə bağlı təklifi rədd etmişdi.