​Alman konsulluğuna hücum: 30 yaralı — VİDEO + FOTO

 
Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğuna bombalı hücum edilib.
 
Ölkə.Az xəbər verir ki, hücumu bomba yüklü avtomobillə həyata keçiriblər.
 
Konsulluq binasının yaxınlığında partlayan avtomobil ətrafdakı 30 nəfərin yaralanmasına səbəb olub. Yaralananlar arasında azyaşlı uşaqlar da var.
 
Əfqanıstanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, terror aktını "Taliban" hərəkatı öz üzərinə götürüb.