Alman deputat Ərdoğanı təhqir etdi

Ölkə.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya Sol partiyasının üzvü, Sahra Vaganknet parlamentdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına çox ağır ifadələr səsləndirib.
O, Türkiyə prezidentini nəzərdə tutaraq deyib:
"Almaniya Hökuməti xarici siyasətini bir şantajçı və terrora qol-qanad gərən liderin fikirlərinə əsaslanaraq qura bilməz".
Qeyd edək ki, Almaniya Parlamenti "erməni soyqırımını" tanıdıqdan sonra iki dövlətin siyasi münasibətlərində gərginlik hökm sürür.