​“Allah məni bağışlasın” - Xuraman Şuşalıdan QANDONDURAN VİDEO

 
 
Müğənni Xuraman Şuşalı dəhşətli video yayaraq günahlarını etiraf edib.
Publika.az xəbər verir ki, müğənni “İnstagram” səhifəsində dünya ulduzlarının reklam etdikləri xəzlərin hansı dəhşətli heyvan qətlləri nəticəsində başa gəldiyini nümayiş etdirən görüntülər paylaşıb. Görüntülər qan dondurur.
Müğənni and-aman edərək, bundan sonra xəz almayacağını yazıb və Allahdan günhalarının bağışlanmasını istəyib.
“Ay Allah, insanlıq ölüb. O qədər heyvanı zülmlə öldürüb, dərisini soyurlar. Biz də külli miqdarda pul verib xəz alırıq. Vay, vay böyük günaha batırıq. Allah hidayət etsin. Daha heç vaxt almaram. Nə də xəzi reklam edərəm. Allah məni bağışlasın”.