“Allah Consonu islah etsin, babası da türk…” – Video

Türkiyənin Baş naziri Binəli Yıldırım BBC telekanalında yayımlanan “Hardtalk” proqramının qonağı olub.
 Axar.az xəbər verir ki, Rusiya və İsraildən sonra Suriya ilə əlaqələrin normallaşacağını deyən Yıldırım bunun üçün irəli sürüləcək şərtləri açıqlayıb.
 Əsəd getməlidir
 “Suriyada şübhəsiz bəzi şeylər dəyişməlidir. Amma hər şeydən əvvəl Əsəd dəyişməlidir. Əsəd dəyişmədən Türkiyənin mövqeyində də bir şey dəyişməz. Bu işlərin bu hala gəlməsinin və İŞİD-in yaranmasının da səbəbkəraı dolayısıyla Əsəd rejimidir. Yəni, “Əsədi seçək, yoxsa İŞİD-i”, - sualını versəniz, heç birini üstün tutmayacağıq. İkisinin də getməsi lazımdır. Türkiyə Suriyada xalqın müstəqillik mübarizəsi üçün yaratdığı qruplara dəstək verir”.
 Allah Consonu islah etsin
 İngiltərədə aparılan Türkiyə müzakirələrinə toxunan Yıldırım yeni Xarici İşlər naziri Boris Consonun sözlərinə təəssüf etdiyini bildirib:
 “Babası də türkdür. Consondan babasının xətrinə “Türklər Avropa üçün təhdid deyil, Avropanın yükünü çiyinlərinə götürəcək böyük bir millətdir”, sözlərini gözləyirik. Daha nə deyim, Allah onu yola gətirsin. İnşallah, bir də belə səhv buraxmaz, türklərinin könlünü almağa çalışar”.
 Ərdoğan da gedər, Yıldırım da
 “Tayyib Ərdoğan da gəlib gedər, Binəli Yıldırım da. Koalisiya isə ölkə üçün zaman sərfidir”, - deyən Yıldırım “prezidentlik avtoritar rejimə gətirib çıxarmazmı”, - sualına belə cavab verib:
 “ABŞ-da diktatorluq varmı? Prezident respublikası ilə demokratiya daha da irəli gedə bilər”.
 Xatırladaq ki, İngiltərənin AB-dən çıxması üçün aparılan kampaniyaya başçılıq edən Boris Conson Türkiyənin əleyhinə xoşagəlməz ifadələr işlədib. Ankaranın yaxın vaxtlarda AB üzvü olacağını iddia edən keçmiş London meri bunu ölkəsi üçün böyük təhlükə adlandırıb.