​Alışanovun kürəkəni SOCAR-dan getdi - Foto

 
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun kürəkəni Orxan Əkbərov SOCAR-dan istefa verdiyini açıqlayıb.
 
Axar.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb:
 
“Sabahdan etibarən 2 ildir birlikdə işlədiyim SOCAR komandasından ayrılıram. İş fəaliyyətimi beynəlxalq müstəviyə keçirmək qərarı aldım. Eyni zamanda, akademik fəaliyyətə davam etmək arzumu da həyata keçirmək şansım yarandı.
 
Bu müddətdə mənimlə çalışan bütün dostlarıma səmimi minnətdarlığımı bildirir, peşəkarlığınıza inandığımı bir daha qeyd etmək istəyirəm”.
 
Qeyd edək ki, O.Əkbərov 3 il öncə A.Alışanovun qızı ilə evlənib.