​Alışanov atamı şərləyərək həbs etdirib” - AzTV sədrinə qarşı ittihamlar...

 
 
Atasının şərlənərək həbs olunduğunu bildirən Cəmilə Tağıyeva “Basta”nın redaksiyasına müraciət göndərib. Müraciətdə AzTV-nin sədri Arif Alışanovun barəsində şok ittihamlar yer alıb.
 
Müraciəti təqdim edirik:
 
“HÖRMƏTLİ MEDİA NÜMAYƏNDƏLƏRİ!
 
Mən Sizə müraciət edərək, ailəmizin üzləşdiyi ciddi qanunsuzluq, haqsızlıq, özbaşınalıq və zorakılıq faktları barədə məlumat vermək, problemlərimizə diqqət yetirməyinizi rica etmək istəyirəm. Bizi sonsuz iztirablara düçar etmiş bu zülm və haqsızlığın arxasında ölkənin yüksək vəzifəli məmurlarından biri, daha çox oliqarx kimi tanınan AzTV sədri Arif Alışanov dayanır. O, uzun illərdən bəri biznes münasibətlərində olduğu atam Əkbərov Şücayəti, guya “onun həyatına qəsdə cəhd etmə” kimi saxta ittihamla 9 ay əvvəl həbs etdirmişdir. Vəzifəsindən sui-istifadə edən A.Alışanov, keçmiş iş yoldaşı və dostu Respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbovun əli ilə atama Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri üzrə əsassız, qərəzli, sifarişli və tamamilə qurama cinayət işi açılmasına nail olmuşdur. AzTV sədri ilə isti münasibətləri olan müstəntiq K.Talıbov hazırda ictintaqı birtərəfli və qərəzli aparır, digər şəxslərdən atamın əleyhinə həqiqətə uyğun olmayan ifadələr alır, bunlarla yanaşı həm də prosesin gedişindən şikayət etməməsi üçün ona hədə-qorxu gəlir, əks-təqdirdə iki dəfə ürək əməliyyatı keçirmiş və səhhətində ciddi problemlər olan atamı tibbi yardımsız qoyacağı ilə hədələyir.
 
HÖRMƏTLİ MEDİA NÜMAYƏNDƏLƏRİ!
 
Atam Ş.Əkbərov həbsə qədər iş adamı olub, Şamaxı rayonunda torpaq alqı-
satqısı ilə bağlı broker fəaliyyəti göstərib. AzTV sədri ilə tanışlıqdan sonra 6-7 il
ərzində onun Şamaxı ərazisində bəyənib-istədiyi torpaq sahələrinin (istintaq
A.Alışanovun təxminən 5 milyon manatlıq (?!) torpaq aldığını təsdiq edir) alınıb
sənədləşdirilməsində bu adama kömək edib. Təbii ki, bunun üçün müqavilə razılaşmasına uyğun olaraq müəyyən zəhmət haqqı da alıb. A.Alışanov özü, ailə üzvləri və bəzi xüsusi qonaqları ilə dəfələrlə Şamaxıdakı evimizdə olub, məni bir müddət AzTV-də işləməyimə səbəbkar olub, atamı özünə dost saydığını deyib.
Hətta, istənilən vaxt bizim rayondakı daşınmaz əmlaklarımızı də yaxşı qiymətə
almağa hazır olduğunu bildirib. Bəs indi necə olur ki, Alışanov belə yaxın
münasibətdə olduğu bir adamı “sui-qəsddə” və “ dələduzluqda “ ittiham edib
tutdurur?
 
Cavabım belədir, atamın həbsi cinayət hadisəsi ilə əlaqədar deyildir.
 
Sadəcə olaraq uzun illər atamla dostluq edən “AzTV” QSC-nin İdarə Heyətinin
sədri Alışanov Arif Nizam oğlu atama olan 860.000 manat borcunu qaytarmamaq və atamdan 1.300.000 manat dəyərində aldığı torpaq sahəsinin dəyərini ödəməmək və atama və yaxınlarına məxsus 2.000.000 manat dəyərində əmlaklarımızı əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə guya ona qarşı cinayət törədilməsi barədə sünü subutlar təşkil etdirməklə vəzifəsinin ona verdiyi nüfuzundan istifadə etməklə onu şərləyib tutdurmuşdur. Nəyə görə belə hesab edir ki, onun bu ölkədə törətdiyi saysız-hesabsız qanunsuzluqlar və özbaşınalıqlar cəzasız qalacıqdır?
 
Sizə bildirirəm ki, Alışanov və onun göstərişi əsasında hərəkət edən istintaqçılar təkcə atam Ş.Əkbərovu şərləyərək həbs etməklə kifayətlənməyiblər, atamın həbsindən dərhal sonra hərəkətə keçərək əmlaklarımızın ehtimal edilən cinayət yolu ilə əldə edilən pulla əldə edilib-edilməməsini istintaq və ya məhkəmə qaydasında müəyyən edilməsini gözləmədən və əmlakların götürülməsi barədə hər hansı prosessual sənədləşmə aparılmadan atama, keçmiş arvadına, qızına və qohumlarına məxsus təxmini 2.000.000 manat dəyərindən çox olan daşınar və daşınmaz əmlaklarını hədə-qorxu yolu ilə qızı Nigarın və bacısı qızı Nilufərin əvəzsiz olaraq müküyyətlərinə keçirtdirmişlər. Bu işdə xüsusi canfəşanlıq göstərən müstəntiq K.Talıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əməliyyat-axtarış tədbirləri zamanı bizdən və başqa şəxslərdən götürülmüş daşınar və daşınmaz əmlakların mülküyyət hüquqlarını təsdiq edən “Çıxarışları” və nəqliyyat vasitələrinin “Texniki pasportlarını” qanunsuz olaraq bu iş üzrə zərərçəkmiş kimi tanıdığı AzTV sədri A.Alışanova vermişdir. Bu qanunsuz əməliyyat Şamaxı rayon polis idarəsində aparılmışdır. Yəni bizim ailə üzvlərimizi, eləcə də başqa qohumlarımızı zorla polis idarəsinə gətizdirərək ora dəvət olunmuş notarius vasitəsi ilə sonradan bu əmlakları A.Alışanovun, onun ailə üzvlərinin, bacısı uşaqlarının və başqa qohum-əqrabasının adına keçirmişlər.
 
Biz notariusda sərbəst şəkildə deyil, rayon polis şöbəsində hədə-qorxu, zorakılıq və təzyiq altında mülküyyətimizin AzTV sədrinin qızı Nigar Alışanovanın, sürücüsü Hacı Babayevin, qohumu və AzTV-nin əməkdaşı Camal Nəbiyevin və tanımadığımız digər şəxslərin adlarına keçirilməsi barədə yazılmış etibarnaməyə imza atmışıq. Göründüyü kimi, bizim əmlaklar cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin özündən və yaxınlarından alınıb heç bir prosessual sənədləşmə tərtib edilmədən, saxta alqı-satqı aparılmaq yolu ilə əvəzsiz olaraq A.Alışanovun, onun qızının və digər qohumlarının adlarına keçirilmiş, faktiki olaraq bu əmlaklar A.Alışanovun mülküyyətlinə verilmişdir. Halbuki, CPM-nin 18.1-ci maddəsinə görə“ cinayət təqibi gedişatında bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülküyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.
 
Yenə həmin Məcəllənin “18.2-ci maddəsinə görə isə“ prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir CPM-nin 85.2.11-ci maddəsinə uyğun olaraq cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün tədbirlər görmək, bu Məcəllənin 85.2-ci maddəsinə əsasən müstəntiqin vəzifəsidir
 
Maddənin şərhinə görə maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır Lakin, bu halda istintaq orqanı qeyd olunan vəzifə səlahiyyətlərini yerinə yetirməmiş və əksinə əmlaklarımızın qanunsuz olaraq Alışanovun mülküyyətinə verilməsində yardımçı olmuşlarda zorakı əməliyyatları aparanlar yaxşı bilirlər ki,
 
Azərbaycan Konstitusiyasının 13-cü maddəsinə əsasən ölkədə mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu
maddəsinə əsasən heç kəsin mülkiyyət hüququ məhkəmə qərarı olmadan
məhdudlaşdırıla bilməz.
 
Burada daha bir kobud qanun pozuntusu ondan ibarətdir ki, anam Səlimə
Sadıqova üç il əvvəl atamdan ayrılıb və məhkəmə ilə ona düşən əmlakı alaraq
ayrıca təsərrüfat olub. Lakin buna baxmayaraq Alışanovun istintaq qrupu atamın
ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda anamın da
Çuxuryurdda 20 il əvvəl tikilmiş evini və torpağını əlindən alıb əvəzsiz olaraq
AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına keçiriblər. Bundan başqa Arif
Alışanov bizim anamın “Aqrolizinq” ASC ilə bağladığı müqavilə əsasında
götürülmüş və dəyəri tam ödənilməmiş traktorları, transfarmatoru, Çuxuryurd və
Mədrəsə kəndlərindəki həyətyanı sahədə və fermada saxlanılan yüzlərlə toyuq və
hinduşkanı, 200 baş xirda buynuzlu heyvanlarımızı, anbardakı tonlarla taxılımızı,
46 baş iri-buynuzlu mal-qaranı ata malı kimi ələ keçirib talan etməklə onlarca
insanı çörəksiz qoymuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “
Aqrolizinq” ASC özünün 18 avqust 2017-ci il tarixli məktubu ilə Pretenziya
göndərərək lizinqdlə götürülmüş ödəniş haqqını tələb edir. Bu Alışanov tərəfindən
özbaşınalıq deyilmi ?
 
HÖRMƏTLİ MEDİA NÜMAYƏNDƏLƏRİ!
 
 Bu sadaladıqlarını və eləcə də müstəqil hüquqi
ekspertiza onu sübut edir ki, vəzifə mövqeyindən sui-istifadə edərək başqa
vətəndaşların toxunulmaz mülkiyyətini qanunsuz olaraq ələ keçirmiş AzTV sədri
Arif Alışanov, onun qızı Nigar Alışanova, yaxın qohumları Nilufər Cəfərova və
Camal Nəbiyev cinayət törətmişlər. Tərəfimizdən dəfələrlə Azərbaycan
Respublikası Konstitusiyasının 57-ci və CPM-nin 204.1-ci maddələrinin
tələblərinə uyğun olaraq həmin şəxslər tərəfindən aşkar cinayət törədilməsi barədə Şamaxı və Samux rayon prokurorlarına, Respublika prokuroruna və müstəntiq K.Talıbova rəsmi müraciətlər və teleqramalar göndərmişik. Şamaxı, Suraxanı rayon prokurorları və Respublika Prokurorluğu hesab edirlər ki, vətəndaşın əmlaklara olan hüquqları əvəzsiz olaraq hədə-qorxu və ya aldatmaqla ələ keçirilib talan olunduğu halda CM ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi mövcud deyildir və əmlakımızı talan etmiş şəxslərin əməllərə üzrə işlərə mülkü məhkəmə icraatı qaydasında
məhkəmələr baxmalıdır.
 
Halbuki, CM-nin 182.1-ci maddəsinin dispozisiyasına görə “hədə-qorxu ilə
tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti
üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan
hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə“
cinayət sayılır və Cinayət Məcəlləsində xüsusi norma mövcuddur.
 
Daha sonra CPM-nin 87.1-ci maddəsinə görə isə “Cinayət qanunu ilə nəzərdə
tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan
vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır”.
Deyin, qanunun bu tələbinə görə əmlakları aldatmaqla və hədə-qorxu yolu ilə əvəzi
ödənilmədən ələ keçirilmiş və küllü məbləğdə zərərə düşmüş şəxslər zərər çəkmiş
şəxs deyillərmi? “ Bəs nəyə görə bu aşkar cinayətə görə onlar məsuliyyətə cəlb
olunmur? Bəlkə mühakimə yalnız köməksiz və müdafiəsi olmayan insanlar
üçündür?!
 
Axı, CPM-nin 85.2.1,-ci maddəsinə görə müstəntiq törədilmiş…cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq…. cinayətin acılması, işi hərtərəfli, tam və obyektiv araşdırılması ucun zəruri tədbirlər görməlidir. Həmin Məcəllənin 85.3.-cu maddəsinə əsasən isə cinayət işi uzrə ibtidai istintaqı aparan müstəntiq istintaq
və digər prosessual hərəkətləri qanuni və vaxtında aparılmasına görə məsuliyyət
daşıyır.
 
Müstəntiq K.Talıbov bütün daşınar və daşınmaz əmlaklarımızın prosessual
sənədləşmə aparılmadan əlimizdən alınmasına və bu barədə rəsmi sənədlərimiz
olmasına baxmayaraq hesab edir ki, bizə maddi ziyan dəyməmişdir. Lakin
A.Alışanova münasibətdə aylıq gəlirinin 1.800 manat olduğu halda onun zərər
kimi tələb etdiyi 5 milyon manat pulun mənbəyini tələb etmir. Heç bu pulların
Alışanov tərəfindən atama verilməsini sübut edən sənədlər də istintaqa təqdim
olunmayıb. Yəni istintaq birbaşa Alışanovun iradə və istəyinə uyğun olaraq
cəngəllik qaydaları ilə aparilir.
 
HÖRMƏTLİ MEDİA NÜMAYƏNDƏLƏRİ!
 
Bu müraciətimizdən əvvəl, mən dəfələrlə aidiyyatı orqanlara müraciət etsəm də heç bir nəticəsi olmamışdır. Ona görədə məcburiyyət qarşısında qalıb yenidən Sizə müraciət etmək istəyirəm. Çünki atam hal-hazırda xəstədir, onu Kürdəxanı İstintaq Təcridxanasında müalicəsiz saxlayırlar, beləcə onun məhv olmasına şərait yaradırlar.
 
Sizdən xahiş edirəm ki, atam Əkbərov Şücaət Allahverdi oğlunun azadlığa çıxarılmasına, Arif Alışanov və onun qohum-əqrabası tərəfindən qanunsuz olaraq ələ keçirilmiş əmlakımızın geri qaytarılmasına, ailəmizə küllü məbləğdə maddi zərər vurmuş Alışanovlar dəstəsinin cinayət məsuliyyətinə cəlb olunmasına və bizə vurulmuş zərərin ödənilməsinə yardımçı olasınız və bu məsələni informasiya vasitələrində işıqlandırasınız.
 
Tağıyeva Cəmilə Şücayət qızı”

Загрузка...
Загрузка...