Alimlərin yeni qiyamət xəbərdarlığı - “...Yer üzündə bütün həyatı məhv edəcək”

 
Günəş sisteminin Günəşə bənzəyən L2 Puppis ulduzunun “sönmədən” öncə yüzlərlə dəfə böyüyərək ətrafındakı planetləri yox edə biləcəyi barədə iddialar irəli sürülüb
 
Turaninfo.Az modern.az-a istinadən xəbər verir ki, nəticələri "Astronomy and Astrophysics" jurnalında dərc olunan elmi araşdırmaya görə, Belçikadakı Leuven Astronomiya İnstitutunun alimləri ən müasir teleskoplarla apardıqları tədqiqatdan sonra belə bir iddia səsləndiriblər.
 
Alimlər bildiriblər ki, Günəşə bənzəyən, kiçik bir kütləyə malik L2 Puppis hələ beş milyard il əvvəl yüz dəfə böyüyərək qızıl bir topa çevrilərək, ətrafındakı planetləri yox edib.
 
Leuven İnstitutundakı tədqiqat qrupu adından danışan professor Leen Decin Günəşin yox olma prosesinin təxminən iki milyard il davam edəcəyini proqnozlaşdırıb, deyib ki, Günəş Merkuri və Venera udduqdan sonra cırtdan ulduza çevriləcək.
 
Alim Günəşdə meydana gələn dəyişikliyin Günəş Sistemində böyük təsirlər yaradacağını bildirərək, "bu vəziyyət böyük ehtimalla Yer üzündə bütün həyatı məhv edəcək" deyib.
 
Alimlər Günəşin əkizi olaraq adlandırılan L2 Puppisin transformasiya prosesində ətraf planetlər üzərində qoyduğu təsirləri araşdırırlar.

Загрузка...
Загрузка...