Alimlər üçün yeni bina tikilir – Sərfəli kredit

Baxış sayı: 
150

Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün kooperativ binanın tikilməsi nəzərdə tutulur.
 
AMEA-dan Axar.az-a verilən məlumata görə, bu məqsədlə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək tikinti kompleksində layihələndirilmə işləri aparılıb. Eyni zamanda, mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
 
AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev yaxın günlərdə Saray qəsəbəsində AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə təməlqoyma mərasiminin keçiriləcəyini diqqətə çatdırıb.
 
Layihənin rəhbəri Elçin Orucov isə 1,2,3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsinin planlaşdırıldığını bildirib.

Загрузка...
Загрузка...