"Ali məktəblərə qəbulu ölkənin ikinci “Qarabağ” probleminə çevirməyə lüzum yoxdur"

 
 
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a açıqlamasında həmkarı Nadir İsrafilovun saytımızdakı təhlili yazısına haqq qazandırmaqla mövzu ətrafında öz fikirlərini də paylaşıb:
 
Nadir müəllmin fikirləri (moderator.az/news/192679.html) ilə mən
də razıyam. Sevindirici haldır ki, təhsilin vacib problem ilə bağlı DİM ilə Təhsil Nazirliyi 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelində razılığa gələ biliblər. Əvvələr bu qurumlar özlərinə aid olan (və ya heç olmayan) heç bir problemlə bağlı razılığa gələ bilmirdilər. Deməli, ümumi məqsədə doğru birgə fəaliyyət başlayıb və şəxsi mənafelər ikinci plana keçib. Bu sevindirici haldır.
 
Qeyd edilir ki,  2019 - cu ildən buraxılış imtahanlarında fənlər bu ilki buraxılış imtahanındakı fənlər olacaq. Bunlar ana dili, riyaziyyat və xarici dil fənləridir. Bu məsələ ilə bağlı mübahisə etmək vacibdir. Ana dili məsələsinə ibtidai məktəbdə nöqtə qoymaq lazımdır. Uşaq 4-5 yaşına kimi özü öz dilini müstəqil öyrənə bilir. Məktəb də zəhmət çəkib onu ibtidai sinifdə dövlətin istədiyi səviyyədə öyrətsin. Onu orta məktəbin 11-ci sinfinə dartmaq lüzumsuzdur. Onun yerinə ölkə tarixindən imtahan verilsə yaxşı olmazmı? Deməli problem araşdırılmalıdır, pedaqoqların, psixoloqların və  mütəxəsislərin fikri öyrənməlidir. İbtidai məktəbdə bu problem həll olunmursa, onda ibtidai məktəbin müddətini 4-dən 6 –ilə qaldırmaq olar, Gürcüstanda, Türkiyədə olduğu kimi. Ana dilini və ingilis dilini mükəmməl bilən gənclər gələcəkdə özünü və ailəsini saxlaya biləcəkmi? Əminəm ki, yox. Ona görə ki, riyaziyyatın tətbiq obyeki olan elmi biliklər ortada yoxdur.
 
Yeni modelə əsasən isə nəzərdə tutulur ki, buraxılış imtahanında şagirdlərin topladığı nəticələr, həmin ilin qəbul imtahanlarında topladığı nəticələrin üstünə gəlsin. Bu yarım həqiqətdir. Qərbdə düşünürlər ki, yarım həqiqət yalandan pisdir.
 
Mənim düşüncəmə görə məsələnin düzgün həlli bundan ibarətdir ki, buraxılış və qəbul imtahanları birləşdirilməlidir. 2000 – ci illərin Təhsil qanunun lahiyəsində bu Vahid Milli Test adlandırılırdı. Həmin layihədə ali məktəbi seçmək hüququ abituriyentə verilirdi. Keçən əsrin ikinci yarısında bizim cəmiyyətdə hamı orta təhsilli idi. Onların da 30 %  ali təhsilli idi. İndi calışmaq lazımdır ki, ali təhsilli insalarımızın sayı sürətə artsın. Dünyanın inkişafını (gedişatını) göz önünə gətirsək görərik ki, müasir cəmiyyətlər tam ali təhsilli insanların cəmiyyətinə çevrilirlər. Bunun üçün tez-tez dediyim fikri bir də təkrar etmək istəyirəm: ali məktəblər giriş qapılarını geniş, çıxış qapılarını çox dar açmalıdırlar. Savadı olmayan insanlara dövlət adından diplom vermək ağılsızlıqdır. Özəl unveristetlərin inkişafı naminə (rəqabət naminə) onlar öz adından diplom verməlidirlər. Belə olanda tələblərə cavab verməyən universitetlər rəqabət nəticəsində sıradan çıxaclar. Bu da çox lazımdır.
 
Orta məktəblərdən ali məktəblərə keçidi sadələşdirmək, idarəetməni şəffaflaşdırmaq lazımdır. Ali məktəblərə qəbulu süni sürətdə ölkənin ikinci “Qarabağ” probleminə çevirməyə lüzum yoxdur.

Загрузка...
Загрузка...