Alı Alıyevin ən yeni Füzuli macəraları - təfsilat

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev haqqında mətbuatda müxtəlif məlumatlar yer alır
Həmin məlumatlarda A.Alıyevin rayon idarəçiliyindəki qüsurlardan söz açılsa da bu vaxtadək nə rəsmi qrumlar, nə də icra başçısı tərəfindən məsələlərə münasibət bildirilməyib.
Politika.Az olaraq xatırladırıq ki, aprel aylarında baş verən hərbi əməliyyatlar zamanı əslən Füzulidən olan 3 döyüşçümüz şəhid olmuşdu. Hələ o zaman bütün internet mediasında icra başçısının şəhid ailələrinə qarşı etdiyi hörmətsizli haqqında yazmışdı. Amma həmin vaxt bu narazıçılıq, şikayətlər Alı müəllimin rayonda sağ əli, həm də pul kisəsi Bağır Aslanov tərəfindən bacarıqla sakitləşdirildi. (Bildirək ki, bu o Bağır Aslanovdur ki, bacısının oğlu DYP rəisini necə vurmuşdusa burnunu sınırmışdı. DİN bu işin üstündən sükutla keçdi.)
Şəhid ailələrinə qarşı “ev əməliyyatı”
Rayondan daxil olan məlumata görə, Füzuli rayon rəhbərinin şəhid ailələrinə qarşı ilk hörmətsizliyi deyil. Respublikanın hər bölgəsində o cümlədən Füzulidə də şəhid olanların ailələrinin hər birini mənzillə təmin edilməsi nəzərdə tutulub. Aprel döyüşlərində əslən Füzulidən olam 3 şəhidimizin hər birinin də ailəsinə ev verildi. Ancaq necə? Politika.Az-a daxil olan məlumata görə, icra başçı bu məsələdə də tamahını saxlamayaraq dövlətə qarşı kələk işlədib. Rayondakı mənbə baş verənlər haqda deyir: “ Fin evlərində əldə etdiyi pulla kifayətlənməyən başçı bu dəfə 3 evdən birini Bağır Aslanovun evini 70 min manata alaraq qalan iki evi isə öz yaxınarının adına alan lakin başçının özünə aid olan evləri baha qiymətlərə yəni bir evi 70000 digərini isə 80000 manata satın alaraq şəhid ailələrinə vermişdir. Bu o evlərdir ki Alı müəllim yenicə icra başçısı keçərkən guya Horadizə qayıtmayan camaatın hədələnərək qorxu ilə əllərindən Alı müəllimin adamları tərəfindən dəyər dəyməzinə alınan evlərdir. Ən azından başçı bu 3 şəhidin evindən 100000 manat əldə edib. Bütün Horadiz camaatı bilir ki bu evlər kimindir. . . Alı müəllim onun birinci müavini Bağır Aslanov bu işləri ört basdır etdiklərinə baxmayaraq artıq ictimaiyət bundan xəbər tutub və şox böyük narazılıqlar yaranıb”. Politika.Az-a rayondan daxil olan məlumata görə Bakının mərkəzində 2 otaqlı mənzilin qiyməti Horadizdə olan evlərin qiymətindədir.
İş adamına necə “qiymət oxunur”?
Bir müddət bundan əvvəl prezidentimiz xaricdə yaşayan həmvətənlərimizə müraciət edərək Respublikamıza və bölgələriməzə qayıdaraq ğz işlərini qurmağa çağırış etmişdi. O cümədən Füzuli rayonunun Qaraxrayanbəyli kəndindən bir iş adamı bu çağırışa səs verərək rayonun ərazisisndə istehlakxana qurmaq üçün Alı müəllimə müraciət etmişdi. İcra başçısı isə sahibkardan 150 min manat alıb ona 7 ha yer verib. Bu pul guya su altı məhsuldar yer olduğuna görə alınıb. Sahibkar pulu tam vermədiyi üçün bu iş üçün 2, 5 ha yer ayrılıb və qalan hissənin isə pul veriləndən sonra ayrılacağı bildirilib.
Arpa və buğdadan qazanılan milyonlar
Politika.Az-a daxil olan məlumata görə Alı müəllimin başqa bir pul yığma üsulu isə rayonda əkilən arpa və buğdadan qeyri qanuni əldə etdiyi vəsaitdir. Beləki biçilmiş arpa və buğdanın itkisiz yığılması üçün operativ qərərgah yaradılıb. Qərərgahın da rəhbəri icra başçısının kassası olan Bağır Aslanovdur. Başçının pul şəriki. Taxıl biçilir gəlir. Bağır müəllimin əlində nağd pul dayanır. Taxıl gələn kimi taxılı ucuz qiymətə Bağır nağdı pulunu ödəyib tökdürür öz qapısına. Taxılı 13-15 qəpiyə alıb, dövlətə 25 qəpiyə satırlar. 100 tonlarla arpa və buğdanın qiymətindən xeyli miqdarda vəsait əldə edilir. İş təşkil olunarkən başçı göstəriş verib ki rayon polis şöbəsi əraziyə kənardan bir maşın da buraxmasın. Bura da polis rəisinin də payı var. Qabqcadan bu qədər biçilmiş arpa və buğdanı yığmaq üçün Balabəhmənli ərazisində boyük anbar tikilib. Uzun sözün qısası Alı müəllimin özündən əvvəlki başçının 18 ildə etmədiyini 5 ilə yüksək səviyyədə təşkil edə bilib. Beləliklə də Füzuli camaatının 1001 əziyyətlə və zəhmətlə başa gətirdiyi məhsul icra başçısı və müavininin cibinə heç bir zəhmət çəkmədən gedir. Bununla da onlar həm öz ciblərini doldurur həm də ölkə rəhbərliyi qarşısında reytinq qazanır, çünki alınan artıq məhsul hesabına sentneri də artıq göstərə bilirlər.
Politika.Az-a müraciət edən Füzuli sakinləri bütün buları sadalamaqla Prezidentimizdən kömək gözləyirik. Qoy rayona gəlib dediklərimizi yoxlasınlar. Bunda başqa çıxış yolumuz yoxdur. Sizdən acizanə xahiş edirik yoxlayanlar Alı müəllimin tərəfinə keçməsin. Bu ümidimiz də boşa çıxsa biz məhv olacayıq. Rayonda hərəkət etmək mümkünsüzdür çünki hər şey Alı və ona rəhbərlik etdiyi komandasının nəzarətindədir.