“Alfa” veteranı şərh etdi: “Bu terror göstərdi ki, İŞİD...”

 
Dünən İspaniyada törədilən terror aktları “İslam dövləti” terror təşkilatının (İŞİD) Suriya və İraqdakı bütün məğlubiyyətlərinə baxmayaraq, aktivliyini azaltmaq niyyətində olmadığından xəbər verir.
 
Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında “Alfa” antiterror birləşməsi veteranlarının beynəlxalq assosiasiyasının prezidenti Sergey Qonçarov bildirib.
 
Onun sözlərinə görə, İŞİD bu teror aktını törətməklə sonadək dirənəcəyini göstərmək istəyib: “Eyni zamanda Suriya və İraqdakı məğlubiyyətlərə baxmayaraq, əzilmədiyini və aktivliyini digər ölkələrə daşımaq istəyini nümayiş etdirib”.
 
S.Qonçarov qeyd edib ki, İspaniya uzun müddət idi Avropanın ən sakit ölkəsi hesab olunurdu və bura müxtəlif ölkələrdən çoxsaylı turistlər gəlirdi. Ekspertin fikrincə, bu faktor da yaraqlıların terakt üçün yer seçmələrində rol oynayıb: “Baxın, bu terror aktından təkcə ispaniyalılar deyil, digər dövlətlərin vətəndaşları da əziyyət çəkib”.

Загрузка...
Загрузка...