Aleksandr Novak: "İran neft hasilatını "dondurmağa" hazırdır"

Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak bildirib ki, İran neft hasilatını «dondurmağa» hazırdır. O, İran tərəfi ilə danışıqlardan sonra belə qənaətə gəlib.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, İran bu ideyaya bir şərtlə qoşulmağa hazırdır ki, ölkə hasilat həcmini sanksiyaların tətbiq edildiyi dövrdən əvvəlki həcmə — gündəlik 4 milyon barrelə çatdırsın.
Novakın fikrincə, bu, düşünülmüş yanaşmadır. Nazir qeyd edib ki, dövlətlərin neft hasilatının sabitləşməsi barədə şifahi razılığı belə bazara müsbət təsir göstərir.