Aleksandr Novak: Azərbaycan qazı Rusiya qazına rəqib deyil

Transadriatik boru kəməri (TAP) layihəsi Rusiya qazının Avropanın cənubuna tədarükünə rəqib deyil.
Turaninfo.az "İnterfaks"a istinadən bildirir ki, Rusiyanın energetika naziri Aleksandr Novak belə hesab edir.
“TAP Avropa üçün kifayət qədər cüzi həcmdir. Həcmlər hazırda 10 mlrd. kubmetrdən çox deyil və o da 2019-cu ilə perspektivlə. Buna görə də, avropalı istehlakçıların daha çox qaz həcmləri və tədarük marşrutlarının şaxələndirilməsinə ehtiyacları var”, - deyə o jurnalistlərə bildirib.
“Hətta bu layihə həyata keçirilsə belə, o, bizim yunan və italyan tərəfdaşlarımızla danışdığımız layihənin həyata keçirilməsi zərurəti və imkanlarını istisna etmir”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, TAP layihəsi “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində çıxarılacaq qazın Yunanınstan və Albaniyadan keçməklə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.