AKP sözçüsü: ''Bu qətnamə Türkiyə-Almaniya əlaqələrinə ciddi zərər verəcək''

 
"Almaniya Bundestaqında qondarma soyqırımla bağlı qətnamənin qəbul edilməsi Türkiyə-Almaniya əlaqələrinə ciddi zərər verəcək."
 
"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Yasin Aktay Bundestaqda 1915-ci ildə Osmanlı dövlətindəki hadisə ilə bağlı qəbul edilən qətnaməyə münasibət bildirərkən deyib.
 
"Almaniya parlamentinin qərarı dostcasına davranış deyil", - deyə, o vurğulayıb.
"Reuters"in məlumatana görə, AKP bundestaqın qətnaməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə təkliflər təqdim edəcək.