AKP sədri Binali Yıldırım Əhməd Davudoğlu ilə görüşüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, görüş təxminən saat yarım davam edib.
Baş nazirlik qaynaqlarından alınan məlumata görə, görüş zamanı təhvil-təslimdən öncə hökumətin ümumi işi və davam edən proseslər üzərində məsləhətləşmələr aparılıb. Görüşün ardından Binali Yıldırım AKP-nın baş qərargahına yollanıb.