​Akif Çovdarovdan zərərçəkən iş adamının arvadı danışdı - MƏHKƏMƏ

 
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasıda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs Şahmar Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova şahid qismində ifadə verib. O, istintaq zamanı ifadəni oxumdan imzaladığını bildirib. Daha sonra onun ifadəsi elan edilib.
 
Nigar Məmmədova bildirib ki, Şahmar Qurbanovun ona dediklərini istintaq zamanı deyib. O, Akif Çovdarovun adını eşitmədiyini bildirib.
 
Prosesdə təqsurləndirilən Səlim Məmmədovun anasının yasına buraxılması barədə müdafiəçi vəsatət verib.  Məhkəmə vəsatəti təmin etməyib.
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Şahmar Qurbanov istintaq zamanı ifadəsində 500 min dollar pul, 380 min dollarlıq brilliyantı Akif Çovdarova verdiyini deyib.
 
Şahmar Qurbanov məhkəmə prosesindən sonra jurnalistlərə açıqlamasında bildirib ki, həyat yoldaşının Akif Çovdarova verdiyi puldan xəbəri olub: "Həyat yoldaşım məhkəmədə dedi ki, evlərin, maşının və obyektin satılaraq pullarının Akif Çovdarova verilməsindən xəbəri var. Həmin məbləğ bir milyon manata yaxındır. O, istintaqa verdiyi ifadəsini təsdiq etdi. Bildirdi ki, mənimlə İsgəndər Hüseynovun Akif Çovdarov və Eldar Mahmudov üçün xaricə briliyant gətirməyə getməyimizdən xəbəri olub"

Загрузка...
Загрузка...