Akif Çovdarova pensiyası qadağası- verilməyəcək

 
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun pensiyası dayandırılıb.
 
Bunu musavat.com-a açıqlamasında A.Çovdarovun vəkili Kamandar Nəsibov deyib.
Onun sözlərinə görə, Akif Çovdarova yaşa görə təqaüdünün verilməsi ilə bağlı bütün sənədlər hazır olub.
 
Vəkil iddia edir ki, həbsdəki generalın pensiyasının verilməsnə süni problemlər yaradılıb.
“Akif Çovdarovun nümayəndəsi Dövlət Sosial Müdafiə Fonduna bütün sənədləri təqdim etmişdi. Sənədlər qaydasında idi və pensiya kartının alınması vaxtı da açıqlanmışdı. Dövlət Təhülkəsizlik Xidmətindən də lazmi sənədlər fonda göndərilmişdi. Lakin son anda fonddan bildirilib ki, DTX sənədləri geri tələb edib. Buna görə də pensiyanın verilməsi dayandırldı”.
Vəkil bununla bağlı DTX-ya da müraciət etdiklərini deyib: “DTX-nın müvafiq idarsindən bildirildiyi ki, bu barədə göstəriş olduğu üçün sənədləri geri alıblar. Başqa bir izah verilmədi”.
 
Xatırladaq ki, Akif Çovdarov oktyabrın 25-i, saat 09:00-dan aclıq aksiyasına başlayıb. Buna səbəb səhhətində yaranan problemlərin müalicəsinə süni problemlər yaradıldığını göstərən Çovdarov etirazını bu şəkildə bildirir.
 
Onu da qeyd edək ki, vəkil Akif Çovdarovla yanaşı onun ailə üzvlərinin əmlakına həbs qoyulduğunu deyir.