Akif Çovdarov aclıq aksiyasını dayandırdı - Səbəb

 
Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
 
Turaninfo.Az musavat.com-a istinadən xəbər verir ki, günün ikinci Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə Akif Çovdarovun vəkillərinin vəsatətinə baxılıb. Vəsatət Çovdarovun səhhəti ilə bağlı olub.
 
Generalın vəkili Sadiq Rəsulov əməkdaşımza deyib ki, günün ikinci yarısında Çovdarovun səhhəti ilə bağlı ekspertizanın təyin edilməsi ilə bağlı etdikləri vəsatət baxılıb.
 
Məhkəməyə təqdim etdikləri vəsatətdə A.Çovdarovun səhhəti ilə bağlı ekspertiza təyin edilməsini istəyən vəkillərin bu istəyinə ekspertiza tərəfindən rəy verilib.
 
R.Sadıqov bildirib ki, Akif Çovdarovun səhhəti ilə bağlı həkimlər bildiriblər ki, hazırda onun səhhəti ağır olduğundan ekspertizanın keçirilməsi mümkün deyil: "Çovdarov 40 gündən artıqdır ki, aclıq aksiyası keçirir. Həkimlər bildiriblər ki, onun orqanizmi həddən artıq zəiflədiyindən onun tibbi ekspertizadan keçirilməsi mümkün deyil. Çovdarovun ekspertizadan keçirilməsi üçün 15 gün vaxt verilib. Bu müddət ərzində onun orqanizminin normallaşması, səhhətinin yaxşılaşması üçün xüsusi nəzarətdə saxlayacaqlar. Bu müddət ərzində müayinə olunacaq. Bundan sonra onum səhhəti normallaşdıqdan sonra tibbi ekspertizadan keçiriləcək".
 
Vəkil qeyd edib ki, Çovdarovun aclıq aksiyasını dayandırması ilə bağlı rəsmi müraciət generalın saxlanıldığı Bakı İstintaq Təcridxanasının rəhbərliuinə də göndəriləcək.
 
Məhkəmə prosesi dekabrın 19-na təxirə salınıb.
 
Xayırladaq ki, Akif Çovdarov oktyabr ayının 25-dən aclıq aksiyası keçirirdi. Həbsdəki general buna səbəb olaraq səhhəti ilə bağlı yaranmış problemlərin aradan qaldırılmasına, müalicə almasına şərait yaradılmadığını göstərirdi.
 
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
 
Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.

Загрузка...
Загрузка...