Akar Gerasimovun dəstəsini arxada saxladı – Foto

 
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Türkiyəyə səfər edib.
 
Axar.az xəbər verir ki, ordu generalı paytaxt Ankarada türkiyəli həmkarı Hulusi Akar tərəfindən rəsmi mərasimlə qarşılanıb.
 
Mərasimdə diqqət çəkən bir məqam isə Akarın rusiyalı heyətə xəbərdarlıq etməsi olub. Belə ki, Akar nümayəndə heyətinin müşaiyyəti dayandırmasını tələb edib. Bundan sonra Gerasimov hərbçiləri salamlayıb.
 
Kritik səfərdə baş qərargah rəislərinin Suriyadakı əməliyyatları müzakirə edəcəyi gözlənilir.
 
Xatırladaq ki, Gerasimov Türkiyə səfərindən bir gün öncə Qara dənizdəki Rusiya donanmasının gücləndiyinə işarə edərək, “Bir zamanlar Türkiyənin hardasa, Qara dənizin ağası olduğu söylənirdi. Artıq hər şey dəyişdi”, - demişdi.