​Akademik II Fəxri Xiyabanda dəfn edildi: Akademiya niyə vida mərasimi keçirmədi?

 
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov II Fəxri Xiyabanda dəfn edilib.
 
Bu barədə Teleqraf.com-a mərhuma yaxın şəxslər məlumat verib.
 
Qeyd edək ki, öncə akademiklə vida mərasiminin saat 14.00-da Bakıdakı Heydər məscidində olacağı bildirilirdi. Sözügedən ünvanda olan əməkdaşımız burada vida mərasimin keçirilmədiyini bildirib.
 
Bununla belə, Heydər məscidində mərasim zallarından biri Nizami Süleymanovun yas mərasiminə qatılanlar üçün hazırlanıb.Bəs akademik Nizami Süleymanovla vida mərasimi harada keçirilib? Bu sualla bağlı Elmlər Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinə müraqciət etdik.
 
Şöbədən bildirildi ki, bu barədə onlarda hər hansı məlumat yoxdur: "Nömrənizi qoyun, məlumat olsa, sizinlə əlaqə saxlayarıq".
 
Nizami Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. 202 elmi əsərin müəllifidir. İki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) olub. AMEA-nın müxbir üzvü idi.

Загрузка...
Загрузка...