Ailəli qadınla tanış oldu, intim əlaqəyə girdi, videoya çəkdi, sonra… – Bakıda iki dostdan ŞOK ƏMƏL

Baxış sayı: 
176
0  
0  

Bakıda qadını intim fotoları ilə şantaj etməkdə təqsirli bilinən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Publika.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Əfsanə Məmmədova (ad və soyad şərti verilib – red.) İnstaqramda tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb olunub.
Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.
Məlum olub ki, Samir İsmayılzadə qadınla tanış olandan sonra onun intim video və fotolarını ələ keçirib. O, həmin fotolar və video ilə qadını şantaj edib.
Samir İsmayılzadə qadından pul alan zaman onunla birlikdə dostu Şəhriyar Abbasov da olub.
İki dost birlikdə Əfsanə Məmmədovanı şantaj ediblər. Ailəli olan qadına həmin görüntüləri ərinə göndərməklə də hədələyiblər.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Samir İsmayılzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Əfsanə Məmmədova ilə İnstaqramda tanış olub.
Onun sözlərinə görə, danışıqlar zamanı Əfsanə Məmmədovadan şəkilini görməyini istəyib: “Əfsanə də mənə üç ədəd şəkilini göndərdi. Növbəti günlərdə görüntülü danışarkən onun şəkillərini çəkdim. Sonra həmin foto və videolarla Əfsanəyə hədə-qorxular gəldim, mənimlə görüşməsini tələb etdim. Əfsanə ilə görüşdük, intim əlaqədə olduq”.
Samir İsmayılzadə qeyd edib ki, Əfsanədən şəkilləri silməsi müqabilində pul tələb edib və ondan xeyli miqdarda pul alıb.
Zərərçəkmiş şəxs qismində ifadə verən Əfsanə Məmmədova deyib ki, Samirlə görüntülü danışdıqları zaman fotolarını çəkib və daha sonra həmin fotoları onun özünə göndərib: “Danışıq zamanı Samir dedi ki, mümkünsə, səni bir qədər yaxşı görmək istəyirəm. Bundan bir müddət keçdikdən sonra bu adam məni qorxutmağa başladı. Həmin vaxt mənə biz danışdığımız zaman çəkdiyi şəkilləri atdı. Dedi ki, bu şəkilləri sənin yaxınlarına atacam. Bunu etməməyi üçün məndən pul verməsini tələb etdi. Onun tələb etdiyi pulun olmadığı üçün polisə şikayət etmək məcburiyyətində qaldım”.
Növbəti proses iyulun 4-də davam edəcək.

Загрузка...
Загрузка...