​AİB Azərbaycana kredit ayırdı - 500 milyon dollar

 
 
Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün 500 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait həm də yeni iş yerlərinin açılması üçün xərclənəcək.
 
Missiya.Az xəbər verir ki, bankın açıqlamasında deyilir ki, bu, hökumətin 1,4 mlrd. dollarlıq iqtisadiyyatın təşviqi paketinin genişlənməsinə səbəb olacaq.
 
Bu kredit ümumilikdə 3,7 mln. insanın yaxud əhalinin 1/3-dən çoxunun sosial problemlərinin həllinə dəstək verəcək.
 
Həmçinin, ADB Azərbaycanda makrofiskal islahatları dəstəkləmək üçün texniki yardım qismində 1,2 mln. dollar ayırıb.
 
“ADB Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyəcək və onun uzunmüddətli olmasına yardım edəcək”, - deyə Bankın baş direktoru Şon O'Sallivan deyib.

Загрузка...
Загрузка...