Ağlamağın insan sağlamlığına 5 faydası

 
 
Ağlamaq, kənardan o qədər də xoş görünməsə də, sağlamlıq baxımından qiymətləndirdikdə, son dərəcə doğru bir reaksiyadır. Sizi incidən, ya da stressə salan vəziyyətlər qarşısında müqavimət göstərməyib göz yaşlarınızı sərbəst buraxsanız, orqanizminiz üçün bir çox müsbət təsirə imkan verərsiniz.
 
Moderator.az  bildirir ki, bir neçə dəqiqə göz yaşı tökməyin sağlamlıq baxımından bir çox müsbət təsiri var. Çünki, ağlamaq beynimizi mənfi enerjilərdən təmizləyir, yeni və müsbət enerjilərə qapı açır. Göz yaşı tökmək, gözə rəng verən təbəqəni rahatlaşdırır eyni zamanda insanların o andakı emosional vəziyyətinizi başa düşməsini təmin edir.
 
Bəzən insanlar xüsusilə cəmiyyət içində ağlamaqdan çəkinirlər. Ancaq, ağlamaq çox normal bir reaksiyadır, hətta insan orqanizmindən mənfi enerjini uzaqlaşdırır.
 
1 Toksinlərdən təmizlənməyi təmin edir
 
Ağlamaq yalnız bizi ruhi və zehni mənada təmizləməklə kifayətlənməyib, bədənimizi də təmizləyir. Stressin səbəb olduğu göz yaşları, bədənin, stress hormonu olan kortizolu yüksəldən kimyəvi maddələrdən xilas olmasına yardımçı olur.
 
Duyğu vəziyyətimizə bağlı olaraq ağlayan zaman, bədənimiz, ağrı və ağrını azaldan prolaktin zülalı istehsal etməyə və adrenokortikotropik hormonu ifraz etməyə başlayır.
 
2.Bakteriyaları öldürür
 
Ağlayarkən, göz yaşlarınızın eyni zamanda bakteriyaları öldürdüyünü bilirdinizmi? Göz yaşı, bizi bir çox təhlükəyə qarşı qoruyan antimikrobiyal qüvvəyə malikdir. Çünki göz yaşının tərkibindəki lizozim, bakteriya hücreyrəsinin divarlarını yox edərək bəzi bakteriyaları öldürür.
 
3. Görmə qabiliyyətini artırır
 
Göz yaşı, buynuz qişasında incə bir təbəqə yaradaraq daha aydın görməmizi və buynuz qişasının qidalanmasını təmin edir. Buna görə də görmə qabiliyyətimiz artır. Göz yaşı az olan insanlarda, görmə zəifliyi və yanma kimi hallar müşahidə edilərkən, ağlayan insanlarda belə əlamətlərə tez-tez rast gəlinmir.
 
4. Ruhi sağlamlığınızı tarazlaşdırır
 
Ağlamaq əhvalınızı hər hansı bir antidepressantdan daha çox yüksəldəcək və özünüzü yaxşı hiss etməyinizə şərait yaradacaq. Aparılan bir araşdırma göstərir ki, ağlayaraq özünüzü daha yaxşı sakitləşdirə və ruh halınızı tarazlaşdıra bilərsiniz.
 
5. Stressi aradan qaldırır
 
Ağlayan zaman yaşadığımız vəziyyət dəyişməsə də, ağladıqdan sonra gələn o yüngüllük hissi dərman kimidir. Ağlayanda, stressli anlarda rahatlaşdıracaq hormonlar ifraz olunur, toksinlər təmizlənir və bunun nəticəsində gərginlik azalır.
 
 
 
 
Kamran

Загрузка...
Загрузка...