Ağdaşda qəribə məxluqu görən şahid!

Ağdaşda qəribə məxluqu görən şahid:  “Hündür bir kölgənin pəncərəyə doğru yaxınlaşdığını gördüm” Son bir ayda Ağdaş rayon Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə xəbər vermişdik. Həmin qəribə varlığı görən Samir İbrahimov publika.az-a gördüklərini danışıb. “Bu, elə bir şeydir ki, onun...
Son bir ayda Ağdaş rayon Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə xəbər vermişdik.
Həmin qəribə varlığı görən Samir İbrahimov publika.az-a gördüklərini danışıb.
“Bu, elə bir şeydir ki, onun insan, ya da qeyri-adi varlıq olduğunu bilmirik. Axşam qaranlıq düşən kimi həyətlərə gəlir. Biz qardaşımla bir həyətdə yaşayırıq. Əvvəlcə onlar gördüklərini dedilər. Mən onların dediklərinə inanmadım. İki gün əvvəl gecə saat 03.00 radələrində həmin məxluq haqqında kəndçilərimizdən biri ilə danışırdıq. Söyüş söydüm ki, onu tutsam, məhv edəcəm. Bu sözü demişdim ki, qaranlıqda qara, hündür bir kölgənin pəncərəyə doğru yaxınlaşdığını gördüm. Qonşunun həyətindən bizim evə tərəf gəlirdi. Bir az yaxınlaşandan sonra qorxdum, baxa bilmədim. Yarıya qədər baxdım, amma qorxduğum üçün üzünə baxa bilmədim. Həyətdə 5 it var, qəribədir ki, onların heç biri səsini belə çıxartmadı. Amma itlərdən birini yerə çırpmağının səsini eşitdik. Amma qorxudan baxa bilmədik. Səhərə qədər həyətdə gəzdi, hava işıqlananda çıxıb getdi. Onun getmədiyini həyətdən gələn səslərdən hiss edirdik, lakin qorxudan həyətə çıxmadıq”.
S.İbrahimov həmin varlığı görənə qədər onun kiçik, insan boyunda bir şey olduğunu düşündüyünü deyir. Ona görə də onu vurmaq üçün hazırlıq işləri də görüb. Lakin birdən qarşısında boyu azı 2 metr olan varlığı görəndə isə şoka düşüb.
“Qəribədir ki, bizim danışdıqlarımızın hamısını başa düşür. Pis söz deyəndə əsəbləşir, amma heç nə deməyəndə gəzib, çıxıb gedir. Amma evə daş atması, sonra iti yerə çırpması bunlar hamısı qəribə gəlir. Həm də onun məqsədi oğurluq deyil. Bir aydan çoxdur belə hallar olur, amma kənddə heç nə oğurlanmayıb”.