Ağcabədidə müəmma: evdən gələn qəribə səslər... - Video

 
Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsi naməlum hadisə ilə üzləşib.
 
Qaranlıq düşən kimi evdən qəribə səslər gəlir. Gecə saatlarında isə bu səslər daha da çoxalır.
 
Ev sahibi Səməndar Əliyev deyir ki, bu hadisə təxminən 10 il əvvəl də olub və sonradan səslər kəsilib. Son 2 ayda isə yenidən evin zirzəmisindən müxtəlif səslər gəlməyə başlayıb.
 
Ailə üzvləri evdə hansısa varlığın gəzdiyinə inanırlar. Mətbəxdə qablardan səslərin gəlməsi isə onların qorxularını daha da artırıb.
 
Bu hadisədən xəbər tutan kənd sakinləri bunu müxtəlif cür yozublar. Bəziləri bunu evdə cinlərin olması ilə əlaqələndiriblər. Ev sahibləri isə buna inanmır.
 
Ev sahibi bununla bağlı sadəcə din xadimlərinə müraciət edib. Gecələr çıxan müəmmalı səslər isə hələ də davam edir.
 
Teleqraf.com Xezerxeber-in hazırladığı videomaterialı təqdim edir:

Загрузка...
Загрузка...